Ukrayna pilotsuz uçuş aparatlarının (PUA) hücumu nəticəsində Taqanroq körfəzində Rusiyanın iki tankeri mexaniki zədə alıb.
''The Daily Baku'' xəbər verir ki, bu barədə Rostov vilayətinin qubernatoru vəzifəsini müvəqqəti icra edən Yuri Slyusar teleqram kanalında məlumat verib.
Onun sözlərinə görə, iyulun 9-na keçən gecə Hava Hücumundan Müdafiə (HHM) qüvvələri 20-dən çox PUA-nı məhv edib. Hücum nəticəsində hər iki gəmidə yanğın olub. Tankerlərin birində yanğın davam edir, ikincisində isə onu söndürmək mümkün olub.
Y.Slyusar qeyd edib ki, xəsarət alan yoxdur, hər iki tankerin ekipajı təxliyə edilib. Hücumun nəticələri barədə məlumat dəqiqləşdirilir.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/ukrayna-pua-lari-taqanroq-korfezinde-iki-tankeri-hedefe-alib
