İranla memorandum qüvvəsini itirib.
Bu barədə ABŞ Prezidenti Donald Tramp Ankarada (Türkiyə) keçirilən NATO sammiti çərçivəsində jurnalistlərə bildirib.
"Ötən gecə Birləşmiş Ştatlar İrandakı obyektlərə güclü zərbələr endirib", - o qeyd edib.
Tramp əlavə edib ki, "artıq iranlılarla iş görmək istəmir".
Qeyd edək ki, iyunun 17-də ABŞ və İran iki ölkə arasında hərbi əməliyyatları dayandıran və yekun, davamlı sülh sazişinin əldə olunması üçün 60 günlük danışıqlar dövrünü nəzərdə tutan qarşılıqlı anlaşma memorandumu imzalayıb.
Bu gün daha əvvəl məlum olub ki, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz və Aerokosmik Qüvvələri ABŞ-nin İranın hərbi obyektlərinə endirdiyi zərbələrə cavab olaraq əks-hücumlar həyata keçirib.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
