The Daily Baku
ABŞ-nin İrana endirdiyi zərbələrdə 14 nəfər həlak olub, 78 nəfər xəsarət alıb
9 iyul 2026
15:21

ABŞ-nin zərbələri nəticəsində İranda iki gün ərzində 14 nəfər həlak olub, 78 nəfər yaralanıb.
''The Daily Baku'' xəbər verir ki, bu barədə "Al Jazeera" telekanalı İranın Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb.
Bildirilib ki, İranın beş əyalətinə zərbələr endirilib.
İran Səhiyyə Nazirliyinin rəsmi nümayəndəsi Hüseyn Kermanpur vurğulayıb ki, ABŞ-nin hücumları nəticəsində yaralanan 78 nəfərdən təxminən 47-si hələ də xəstəxanalardadır.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/abs-nin-irana-endirdiyi-zerbelerde-14-nefer-helak-olub-78-nefer-xesaret-alib