Belqorod vilayətinə endirilən zərbələrdə 1 nəfər ölüb, 22 nəfər xəsarət alıb

Rusiyanın Belqorod vilayətində Ukrayna Silahlı Qüvvələrinin zərbələri nəticəsində 1 nəfər ölüb, 22 nəfər yaralanıb.
''The Daily Baku'' Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Belqorod vilayətinin qubernatoru vəzifəsini müvəqqəti icra edən Aleksandr Şuvayev sosial şəbəkələrdə məlumat verib.
Onun sözlərinə görə, zərərçəkənlərdən biri müalicə üçün federal tibb müəssisəsinə göndərilib. Vilayətin xəstəxanalarına daha altı nəfər çatdırılıb.
A.Şuvayev qeyd edib ki, ötən sutka ərzində Ukrayna tərəfindən region ərazisinə 75 zərbə qeydə alınıb. Zərbələr Belqorod və 9 dairəyə endirilib. Ukrayna Silahlı Qüvvələri üç artilleriya atəşi həyata keçirib. Sutka ərzində Ukraynaya məxsus 99 dronu vurmaq və zərərsizləşdirmək mümkün olub.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.