Tramp Türkiyəyə "F-35" satışının qarşısındakı maneəni aradan qaldırmağa hazırdır

ABŞ Prezidenti Donald Tramp Ankarada keçirilən NATO sammiti çərçivəsində, birinci prezidentlik müddətində tətbiq edilən və sonradan qanunvericiliklə təsbit olunan qadağanı ləğv edərək ABŞ-nin Türkiyəyə "F-35" qırıcılarını satmağa hazır olduğunu elan etməyi planlaşdırır.
''The Daily Baku'' xəbər verir ki, bu barədə mənbələr CNN-ə bildirib.
Mənbələr Konqresin qırıcıların satışına qoyduğu qadağadan Trampın necə yan keçməyi planlaşdırdığını dəqiqləşdirməyiblər.
Lakin səfərdən əvvəl D.Tramp bildirib ki, o, Türkiyəyə Prezident Rəcəb Tayyib Ərdoğan üçün onu "çox sevindirəcək" "hədiyyə" ilə gəlmək niyyətindədir.
Xatırladaq ki, 2019-cu ildə, Donald Trampın ilk prezidentlik müddətində Ankara Rusiyanın "S-400" zenit-raket komplekslərini aldıqdan sonra ABŞ Türkiyəni "F-35" proqramından xaric edib. 2020-ci ildə ABŞ Konqresi məhdudiyyətləri qanunvericiliklə təsbit edib. Türkiyə "S-400" sistemlərinə malik olduğu müddətcə ölkəyə "F-35" satışı qadağandır.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.