SON XƏBƏRLƏR
Vilayət Eyvazov polislərə vətəndaşların şikayətlərinin obyektiv və həssaslıqla araşdırılmasını tapşırıb|Zakir Həsənov: Azərbaycan BMT və NATO əməliyyatlarında iştirak perspektivlərini araşdırır|İlham Əliyev Türkiyənin ədliyyə nazirini qəbul edib|Fon der Lyayen İlham Əliyevə: Siz sülhün bərqərar edilməsi üçün öz şəxsi liderliyinizi göstərdiniz|İlham Əliyev: Azərbaycan və Avropa İttifaqı fəal dialoq qurub|İlham Əliyev və Ursula Fon der Lyayen mətbuata bəyanatlarla çıxış ediblər|İlham Əliyevin Ursula Fon der Lyayenlə geniş tərkibdə görüşü olub|İlham Əliyevin Avropa Komissiyasının Prezidenti ilə təkbətək görüşü olub|İlham Əliyev Somali Prezidentini milli bayramları münasibəti ilə təbrik edib|Ceyhun Bayramov qazaxıstanlı həmkarı ilə strateji tərəfdaşlığı müzakirə edib|Vilayət Eyvazov polislərə vətəndaşların şikayətlərinin obyektiv və həssaslıqla araşdırılmasını tapşırıb|Zakir Həsənov: Azərbaycan BMT və NATO əməliyyatlarında iştirak perspektivlərini araşdırır|İlham Əliyev Türkiyənin ədliyyə nazirini qəbul edib|Fon der Lyayen İlham Əliyevə: Siz sülhün bərqərar edilməsi üçün öz şəxsi liderliyinizi göstərdiniz|İlham Əliyev: Azərbaycan və Avropa İttifaqı fəal dialoq qurub|İlham Əliyev və Ursula Fon der Lyayen mətbuata bəyanatlarla çıxış ediblər|İlham Əliyevin Ursula Fon der Lyayenlə geniş tərkibdə görüşü olub|İlham Əliyevin Avropa Komissiyasının Prezidenti ilə təkbətək görüşü olub|İlham Əliyev Somali Prezidentini milli bayramları münasibəti ilə təbrik edib|Ceyhun Bayramov qazaxıstanlı həmkarı ilə strateji tərəfdaşlığı müzakirə edib|Vilayət Eyvazov polislərə vətəndaşların şikayətlərinin obyektiv və həssaslıqla araşdırılmasını tapşırıb|Zakir Həsənov: Azərbaycan BMT və NATO əməliyyatlarında iştirak perspektivlərini araşdırır|İlham Əliyev Türkiyənin ədliyyə nazirini qəbul edib|Fon der Lyayen İlham Əliyevə: Siz sülhün bərqərar edilməsi üçün öz şəxsi liderliyinizi göstərdiniz|İlham Əliyev: Azərbaycan və Avropa İttifaqı fəal dialoq qurub|İlham Əliyev və Ursula Fon der Lyayen mətbuata bəyanatlarla çıxış ediblər|İlham Əliyevin Ursula Fon der Lyayenlə geniş tərkibdə görüşü olub|İlham Əliyevin Avropa Komissiyasının Prezidenti ilə təkbətək görüşü olub|İlham Əliyev Somali Prezidentini milli bayramları münasibəti ilə təbrik edib|Ceyhun Bayramov qazaxıstanlı həmkarı ilə strateji tərəfdaşlığı müzakirə edib|Vilayət Eyvazov polislərə vətəndaşların şikayətlərinin obyektiv və həssaslıqla araşdırılmasını tapşırıb|Zakir Həsənov: Azərbaycan BMT və NATO əməliyyatlarında iştirak perspektivlərini araşdırır|İlham Əliyev Türkiyənin ədliyyə nazirini qəbul edib|Fon der Lyayen İlham Əliyevə: Siz sülhün bərqərar edilməsi üçün öz şəxsi liderliyinizi göstərdiniz|İlham Əliyev: Azərbaycan və Avropa İttifaqı fəal dialoq qurub|İlham Əliyev və Ursula Fon der Lyayen mətbuata bəyanatlarla çıxış ediblər|İlham Əliyevin Ursula Fon der Lyayenlə geniş tərkibdə görüşü olub|İlham Əliyevin Avropa Komissiyasının Prezidenti ilə təkbətək görüşü olub|İlham Əliyev Somali Prezidentini milli bayramları münasibəti ilə təbrik edib|Ceyhun Bayramov qazaxıstanlı həmkarı ilə strateji tərəfdaşlığı müzakirə edib|
Cümə axşamı, 2 İyul 2026
The Daily Baku
The Daily Baku
Cümə axşamı, 2 İyul 2026
GündəmSiyasətDünyaBiznesTexnoAvtoCəmiyyətTəhsilSəyahətİdmanMultimedia
The Daily Baku
  1. Ana səhifə
  2. Siyasət
  3. Vilayət Eyvazov polislərə vətəndaşların şikayətlərinin obyektiv və həssaslıqla araşdırılmasını tapşırıb
Siyasət

Vilayət Eyvazov polislərə vətəndaşların şikayətlərinin obyektiv və həssaslıqla araşdırılmasını tapşırıb

2 iyul 2026
13:11
Vilayət Eyvazov polislərə vətəndaşların şikayətlərinin obyektiv və həssaslıqla araşdırılmasını tapşırıb

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov polislərə vətəndaşların şikayətlərinin obyektiv və həssaslıqla araşdırılması barədə tapşırıqlar verib.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, general-polkovnik Vilayət Eyvazov bu barədə Azərbaycan polisinin yaranmasının 108-ci ildönümü münasibətilə Polis Akademiyasında "Polis Günü"nə və 2025-2026-cı tədris ilinin buraxılışına həsr olunmuş təntənəli mərasimdə bəhs edib.

Nazirliyin rəhbər heyətinin iştirakı ilə baş tutan mərasimdə peşə bayramı münasibətilə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təbriklərini və ən xoş arzularını şəxsi heyətə çatdıran Vilayət Eyvazov ötən 108 ildə polisin keçdiyi şərəfli və zəngin xidmət yolundan, yaratdığı ənənələrdən, xüsusən ulu öndər Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövrlərdə daxili işlər orqanlarının fəaliyyətinin təşkili, milli ruhlu vətənpərvər kadrlarla möhkəmlənməsi sahəsində görülən mühüm işlərdən danışıb.

O, Azərbaycan Prezidenti İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində Daxili İşlər Nazirliyində güclü və müasir maddi-texniki baza yaradıldığını, müasir dövrün çağırışlarından irəli gələn struktur dəyişiklikləri aparıldığını, şəxsi heyətin sosial müdafiəsinin gücləndirilməsi, peşə hazırlığının artırılması sahəsində sistemli tədbirlərin həyata keçirildiyini və əməliyyat-xidməti fəaliyyətin vətəndaş məmnunluğunun təmini prinsipləri üzərində qurulması ilə bağlı həyata keçirilmiş tədbirləri vurğulayıb.

Vətəndaşların ərizə və şikayətlərinin obyektiv və həssaslıqla araşdırılması, qanunçuluğun qorunması, şəxsi heyətin etik davranış qaydalarına riayət etməsi kimi mühüm vəzifələrin səmərəli icrasının vacibliyinə toxunan nazir xidməti vəzifələrin dəqiq və qüsursuz yerinə yetirilməsində dürüstlük, prinsipiallıq və məsuliyyət kimi keyfiyyətlərin böyük önəm kəsb etdiyini bildirib.

Həmçinin, cinayətkarlığa, onun transmilli növlərinə qarşı mübarizədə, asayişin və təhlükəsizliyin təmin olunmasında polis orqanlarının hər bir şəxsin qanuni mənafeyini, hüquq və azadlığının müdafiəsini yüksək səviyyədə təmin etdiyi qeyd olunub.

İşğaldan azad edilmiş ərazilərdə "Böyük Qayıdış"ın sürətlənməsi üçün polis orqanlarının, o cümlədən Daxili Qoşunların fəaliyyətinin mövcud vəziyyətə uyğunlaşdırıldığı, asayişin və təhlükəsizliyin etibarlı təmin edildiyi, xidmətin böyük əzm və peşəkarlıqla davam etdirildiyi vurğulanıb.

Cinayətlərin açılmasının yüksək səviyyədə saxlanılmasının, hüquqpozmaların profilaktikasının daha da yaxşılaşdırılmasının, bütövlükdə xalqa xidmət funksiyalarının daha təkmil icrası üçün əlavə tədbirlərin həyata keçirilməsinin başlıca vəzifələr olduğu şəxsi heyətin diqqətinə çatdırılıb.

Xidməti vəzifələrin icrasında daxili işlər orqanlarına hər zaman yardımçı olan, polisin peşə bayramının sevincini bölüşən vətəndaşlara, daxili işlər orqanlarının veteranlarına, dövlət qurumlarının rəhbərlərinə və əməkdaşlarına, qeyri-hökumət təşkilatlarına və media nümayəndələrinə təşəkkür ifadə olunub.

General-polkovnik V.Eyvazov təntənəli mərasimin iştirakçıları adından Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevi əmin edib ki, öz andına həmişə sadiq olan daxili işlər orqanları bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcək, bu yolda qüvvə və bacarığını əsirgəməyəcək.

Azərbaycan polisinin müasir dünyagörüşlü yeni nəslini Vətənə, dövlətə, xalqa sevgi və xidmət ruhunda yetişdirən Polis Akademiyasının qazanılan uğurlardakı rolunu xüsusi vurğulayan daxili işlər naziri məzunları təhsili başa vurmaları münasibətilə təbrik edib, eləcə də bu təhsil müəssisəsini baş leytenant rütbəsi ilə bitirmiş məzunlara fərqlənmə diplomlarını təqdim edib.

Təntənəli tədbir şəxsi heyətin mətin addımlarla tribuna qarşısından keçidi ilə yekunlaşıb.

© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.

https://dailybaku.az/az/article/vilayet-eyvazov-polislere-vetendaslarin-sikayetlerinin-obyektiv-ve-hessasliqla-arasdirilmasini-tapsirib
Paylaş:

Xəbər lenti

  • İran və ABŞ arasında yeni danışıqlar raundu iyulun 18-nə planlaşdırılıb
    İran və ABŞ arasında yeni danışıqlar raundu iyulun 18-nə planlaşdırılıb
  • Rusiya Kiyevə qarşı ballistik raketlərlə hücum təşkil edib
    Rusiya Kiyevə qarşı ballistik raketlərlə hücum təşkil edib
  • Ermənistan parlamentinin spikeri mandatı ilə bağlı qərarını açıqlayıb
    Ermənistan parlamentinin spikeri mandatı ilə bağlı qərarını açıqlayıb
  • Aİ Ermənistan məhsullarına geniş rüsumsuz çıxış təqdim edəcək
    Aİ Ermənistan məhsullarına geniş rüsumsuz çıxış təqdim edəcək
  • Rusiya Xerson vilayətini atəşə tutub, ölən və yaralananlar var
    Rusiya Xerson vilayətini atəşə tutub, ölən və yaralananlar var