İranın strateji liman şəhəri olan Kənarakda Hərbi Dəniz Qüvvələrinin (HDQ) obyekti iki mərhələdə hücuma məruz qalıb.
''The Daily Baku'' "Fars" agentliyinə istinadən xəbər verir ki, bu barədə şəhərin qubernatoru Məhəmməd Yunis Həqqani məlumat yayıb.
"Axşam saatlarında bu ərazi düşmən (ABŞ) qırıcıları tərəfindən iki mərhələdə hücuma məruz qalıb", - o bildirib.
Həqqani əlavə edib ki, təhlükəsizlik qüvvələri hadisə yerindədir:
"Hazırda bu hücumla bağlı araşdırma aparılır."
Daha əvvəl Buşehrdə partlayış səsləri eşidilib, Bəndər Abbas, Qeşm, Sirik və Cask limanlarının hücuma məruz qalması isə təkzib edilib.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/iranda-herbi-obyekte-ardicil-zerbeler-endirilib
