The Daily Baku
ABŞ-nin desant gəmisi İrana qarşı əməliyyat zamanı sıradan çıxıb
10 iyul 2026
15:41

ABŞ-nin "USS Boxer" universal desant gəmisi İrana qarşı hərbi əməliyyatının ilk həftələrində sıradan çıxıb və döyüş əməliyyatlarında iştirak edə bilməyib.
''The Daily Baku'' xəbər verir ki, bu barədə "Newsmax" mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, ABŞ tərəfindən İrana qarşı dəniz blokadası tətbiq edildikdən və Xarq adasının ələ keçirilməsi imkanı müzakirə olunduqdan sonra, göyərtəsində piyada dəstəsi olan gəmi mühərrikindəki nasazlıq səbəbindən sıradan çıxıb.
Qeyd olunur ki, Yaxın Şərqə doğru hərəkət edən "USS Boxer" gəmisinin təmirə ehtiyacı olub. Gəmi Hind okeanındakı Dieqo-Qarsiya adasında yerləşən Britaniya-ABŞ birgə bazasına göndərilib və təmir başa çatana qədər orada qalıb.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/abs-nin-desant-gemisi-irana-qarsi-emeliyyat-zamani-siradan-cixib