The Daily Baku
Rusiya Ermənistana propan və gübrəni Azərbaycan vasitəsilə göndərəcək
10 iyul 2026
15:47

Bu gün Azərbaycandan tranzit keçməklə 14 vaqondan ibarət, çəkisi 470 ton olan propan və 5 vaqondan ibarət, çəkisi 339 ton olan gübrə Rusiyadan Ermənistana göndəriləcək.
''The Daily Baku'' bu barədə "Azərbaycan Dəmir Yolları" (ADY) QSC-yə isitiadən xəbər verir. Yük Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndəriləcək.
Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 36 min tondan çox taxıl, 8 min tona yaxın gübrə, 1 136 ton propan, 133 ton alüminium və 414 ton antrasit göndərilib.
Eyni zamanda, indiyədək Azərbaycandan Ermənistana 14 min tondan çox dizel, 5 min tona yaxın "Aİ-92" və "Aİ-95" benzini ixrac olunub.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/rusiya-ermenistana-propan-ve-gubreni-azerbaycan-vasitesile-gonderecek