Amerika Birləşmiş Ştatları Konqresinin Nümayəndələr Palatası tərəfindən Prezident Donald Trampın İrana qarşı hərbi əməliyyatları idarə etmək üzrə hərbi səlahiyyətlərinə məhdudiyyət qoyan qətnamə təsdiqlənib.
"The Daily Baku" xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Agentliyin materialında bildirilir:
"Palata üzvlərindən 215 nəfəri qətnamənin lehinə, 208 nəfəri isə əleyhinə səs verib. Eyni zamanda, dörd respublikaçı da demokratlarla həmrəy olaraq səsvermədə iştirak edib".
Sənəd Donald Trampdan Konqres rəsmən müharibə elan etmədiyi və ya hərbi qüvvələrin tətbiqinə dair xüsusi icazə vermədiyi təqdirdə Amerika qoşunlarının İrandan çıxarılmasını tələb edir.
Qeyd edək ki, bu, analoji sənədin qəbul edilməsi istiqamətində atılan dördüncü cəhddir.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
