İlham Əliyev: İtaliya Azərbaycanın yaxın dostu və etibarlı strateji tərəfdaşıdır

İtaliya Azərbaycanın yaxın dostu və etibarlı strateji tərəfdaşıdır.
Bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin İtaliya Prezidenti Sercio Mattarellaya İtaliya Respublikasının yaranmasının 80-ci ildönümü münasibətilə ünvanladığı məktubda deyilir.
"Şadam ki, ölkələrimiz arasında münasibətlər qarşılıqlı hörmət və etimad ruhunda inkişaf edir, çoxölçülü strateji tərəfdaşlığımız gündən-günə genişlənir və yeni məzmunla zənginləşir. Biz İtaliya ilə münasibətlərimizin bütün sahələrdə inkişafına xüsusi əhəmiyyət veririk", - təbrikdə deyilir.
Dövlət başçısı qeyd edib ki, iki ölkə arasında iqtisadi əlaqələrin mövcud potensialının tam şəkildə reallaşdırılması, sərmayə, müdafiə, humanitar, o cümlədən yeni istiqamətlər üzrə əməkdaşlığın şaxələndirilməsi qarşıda duran əsas məsələlərdəndir.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.