The Daily Baku
“Hizbullah” İsraillə mümkün atəşkəs razılaşmasını qəbul etmədiyini açıqlayıb
4 iyun 2026
15:04

"Hizbullah" hərəkatı ABŞ-nin də dəstəklədiyi Livan-İsrail atəşkəs sazişini rədd edib.
"The Daily Baku" xəbər verir ki, bu barədə "Hizbullah" məlumat yayıb.
Hərəkatın rəhbərliyi Livan Prezidenti Jozef Aunu əldə edilmiş razılaşmaları qəbul etmədiyi ilə bağlı rəsmi şəkildə məlumatlandırıb.
"Hizbullah" bəyan edib ki, istənilən məqbul saziş İsrail qoşunlarının Livanın bütün ərazisindən tam çıxarılmasını nəzərdə tutmalıdır. Bundan başqa, köçkünlərin geri qaytarılması, zərər çəkmiş ərazilərin bərpası və livanlı məhbusların azad edilməsi mütləq yerinə yetirilməli olan şərtlərdir.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/hizbullah-israille-mumkun-ateskes-razilasmasini-qebul-etmediyini-aciqlayib