Yeni Dehli dəniz hücumları ilə bağlı ABŞ nümayəndəsinə etirazını çatdırıb

Hindistan Hörmüz boğazında göyərtəsində hindistanlı dənizçilərin olduğu gəmilərə hücumlardan sonra ABŞ-nin müvəqqəti işlər vəkili Ceyson Miksi 48 saatdan az bir müddət ərzində ikinci dəfə çağırıb.
"The Daily Baku" yerli mediaya istinadən xəbər verir ki, bu gün Hindistan XİN-in Amerika üzrə katibi Naqarac Naydu Ceyson Mikslə görüşüb və Hörmüz boğazından keçən gəmilərdəki Hindistan vətəndaşlarının təhlükəsizliyi ilə bağlı Nyu-Delhinin narahatlığını çatdırıb.
Yeni diplomatik demarşın səbəbi cümə axşamı ABŞ hərbçilərinin Oman sahillərində Qvineya-Bisau bayrağı altında üzən "MT Jalveer" tankerinə hücumu olub. Raket zərbəsindən sonra göyərtədəki 22 hindistanlı dənizçinin hamısı uğurla təxliyə edilib.
Bu, son dörd gün ərzində regionda baş verən üçüncü belə hadisədir.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.