ABŞ NATO-nun Avropadakı əməliyyatları üçün təqədim edilən təyyarə və gəmilərin sayını əhəmiyyətli dərəcədə azaltmaq niyyətindədir.
"The Daily Baku" xəbər verir ki, bu barədə "The New York Times" qəzeti yüzsək vəzifəli iki avropalı məmura istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, bu addım alyansın kəşfiyyat aparmaq və uzaq məsafələrə zərbələr endirmək imkanını məhdudlaşdıra bilər.
Plana əsasən, ABŞ Avropada NATO-nun ehtiyacları üçün ayrılan "F-16"və "F-15E" qırıcılarının sayını təxminən 150 ədəddən 100 ədədə endirmək istəyir. Bundan əlavə, dəniz kəşfiyyat təyyarələrinin sayının azaldılması və s. nəzərdə tutulur.
Bundan əlavə, Vaşinqton raket silahlarına malik atom sualtı qayığının, təyyarədaşıyan gəminin və onlarla təyyarənin və s. yerini dəyişmək imkanını nəzərdən keçirir.
Prezident Donald Trampın administrasiyası Avropa ölkələrini müdafiə xərclərinin qeyri-kafi olmasına və ABŞ-nin təhlükəsizlik zəmanətlərindən həddindən artıq asılılığına görə dəfələrlə tənqid edib. Vaşinqton həm avropalı, həm də asiyalı müttəfiqlərini müdafiə xərclərini ÜDM-in 3,5 %-nə qədər artırmağa çağırır.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
