The Daily Baku
Papoyan ticarət məhdudiyyətləri və ixrac məsələlərini rusiyalı həmkarları ilə müzakirə edəcək
12 iyun 2026
15:20

Ermənistanın iqtisadiyyat naziri Gevork Papoyan ölkə mallarının Rusiyaya ixracı məsələsi ilə bağlı danışıqlar aparmaq üçün Moskvaya səfər etməyi planlaşdırır.
"The Daily Baku" Ermənistan mediasına istinadən xəbər verir ki, nazir bu barədə bu gün parlamentdə bildirib.
"İyun və iyul aylarında Rusiyaya bir-iki səfər planlaşdırılır, orada müxtəlif tədbirlərdə iştirak edəcəyəm və Ermənistan məhsullarının ixracı məsələsi müzakirə olunacaq", - Papoyan qeyd edib.
Xatırladaq ki, Rusiya 2026-cı il mayın 22-dən Ermənistanın kənd təsərrüfatı məhsullarının tədarükünə mərhələli şəkildə məhdudiyyətlər tətbiq edir.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/papoyan-ticaret-mehdudiyyetleri-ve-ixrac-meselelerini-rusiyali-hemkarlari-ile-muzakire-edecek