Yaponiya və ABŞ hərbçiləri adaların müdafiəsinə yönəlmiş birgə hərbi təlimlər keçirirlər

Yaponiya Özünümüdafiə Qüvvələri və ABŞ Dəniz Piyadaları Korpusu ada ərazilərinin müdafiəsinin təkmilləşdirilməsinə yönəlmiş "Qətiyyətli əjdaha" (Resolute Dragon) birgə çöl təlimlərinə başlayıblar.
"The Daily Baku" "Japan Today" nəşrinə istinadən xəbər verir ki, təlimlər Yaponiyanın cənub-qərbindəki Kyuşu adasında və Okinava prefekturasında keçirilir və iyunun 30-dək davam edəcək.
Yaponiya Özünümüdafiə Qüvvələrinin Qərb Ordusunun komandanı general-leytenant Seydzi Toriumi təlimlərin açılış mərasimində bildirib ki, müdafiə potensialının nümayiş etdirilməsi Hind-Sakit okean regionunda sülh və sabitlik üçün mühüm əhəmiyyət kəsb edir.
Məlumata görə, təlimlər Şərqi Çin dənizindəki Senkaku adaları ətrafında Yaponiya və Çin arasında ərazi mübahisələri fonunda keçirilir.
Təlimlərdə həmçinin "Type 10" tankları da iştirak edir.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.