SON XƏBƏRLƏR
İran və ABŞ arasında qəribə sülh|Rəhman Hümmətov: "Orta dəhliz infrastrukturunun prioritet şəkildə inkişafı zəruridir"|Milli Məclisin növbədəkənar sessiyasının növbəti iclası başlayıb|Mikayıl Cabbarov: "Özəl sektorun inkişafı və texnoloji tərəqqi iqtisadi siyasətin əsas prioritetləridir"|İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib - YENİLƏNİB|İlham Əliyev: Azərbaycanda qeyri-neft-qaz sektorunun ÜDM-də payı 70 %-dən artıqdır|Dövlət başçısı: İşğaldan əziyyət çəkmiş Azərbaycan Ermənistana sülhü təklif edən tərəf olub|İlham Əliyev: Azərbaycanı beynəlxalq daşımalar qovşağına çevirmək üçün çalışırıq|İlham Əliyev: Azərbaycanın sabit, uğurlu inkişafı var|IsDB Prezidenti: "Azərbaycan ticarət və investisiyaların inkişafı üçün ideal məkana çevrilib"|İran və ABŞ arasında qəribə sülh|Rəhman Hümmətov: "Orta dəhliz infrastrukturunun prioritet şəkildə inkişafı zəruridir"|Milli Məclisin növbədəkənar sessiyasının növbəti iclası başlayıb|Mikayıl Cabbarov: "Özəl sektorun inkişafı və texnoloji tərəqqi iqtisadi siyasətin əsas prioritetləridir"|İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib - YENİLƏNİB|İlham Əliyev: Azərbaycanda qeyri-neft-qaz sektorunun ÜDM-də payı 70 %-dən artıqdır|Dövlət başçısı: İşğaldan əziyyət çəkmiş Azərbaycan Ermənistana sülhü təklif edən tərəf olub|İlham Əliyev: Azərbaycanı beynəlxalq daşımalar qovşağına çevirmək üçün çalışırıq|İlham Əliyev: Azərbaycanın sabit, uğurlu inkişafı var|IsDB Prezidenti: "Azərbaycan ticarət və investisiyaların inkişafı üçün ideal məkana çevrilib"|İran və ABŞ arasında qəribə sülh|Rəhman Hümmətov: "Orta dəhliz infrastrukturunun prioritet şəkildə inkişafı zəruridir"|Milli Məclisin növbədəkənar sessiyasının növbəti iclası başlayıb|Mikayıl Cabbarov: "Özəl sektorun inkişafı və texnoloji tərəqqi iqtisadi siyasətin əsas prioritetləridir"|İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib - YENİLƏNİB|İlham Əliyev: Azərbaycanda qeyri-neft-qaz sektorunun ÜDM-də payı 70 %-dən artıqdır|Dövlət başçısı: İşğaldan əziyyət çəkmiş Azərbaycan Ermənistana sülhü təklif edən tərəf olub|İlham Əliyev: Azərbaycanı beynəlxalq daşımalar qovşağına çevirmək üçün çalışırıq|İlham Əliyev: Azərbaycanın sabit, uğurlu inkişafı var|IsDB Prezidenti: "Azərbaycan ticarət və investisiyaların inkişafı üçün ideal məkana çevrilib"|İran və ABŞ arasında qəribə sülh|Rəhman Hümmətov: "Orta dəhliz infrastrukturunun prioritet şəkildə inkişafı zəruridir"|Milli Məclisin növbədəkənar sessiyasının növbəti iclası başlayıb|Mikayıl Cabbarov: "Özəl sektorun inkişafı və texnoloji tərəqqi iqtisadi siyasətin əsas prioritetləridir"|İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib - YENİLƏNİB|İlham Əliyev: Azərbaycanda qeyri-neft-qaz sektorunun ÜDM-də payı 70 %-dən artıqdır|Dövlət başçısı: İşğaldan əziyyət çəkmiş Azərbaycan Ermənistana sülhü təklif edən tərəf olub|İlham Əliyev: Azərbaycanı beynəlxalq daşımalar qovşağına çevirmək üçün çalışırıq|İlham Əliyev: Azərbaycanın sabit, uğurlu inkişafı var|IsDB Prezidenti: "Azərbaycan ticarət və investisiyaların inkişafı üçün ideal məkana çevrilib"|
Şənbə, 20 İyun 2026
The Daily Baku
The Daily Baku
Şənbə, 20 İyun 2026
GündəmSiyasətDünyaBiznesTexnoAvtoCəmiyyətTəhsilSəyahətİdmanMultimedia
The Daily Baku
  1. Ana səhifə
  2. Siyasət
  3. İran və ABŞ arasında qəribə sülh
Siyasət

İran və ABŞ arasında qəribə sülh

19 iyun 2026
13:08
İran və ABŞ arasında qəribə sülh

Dünən, 18 iyun 2026-cı ildə ABŞ Prezidenti Donald Tramp Versalda olduqca qeyri-adi formada qəflətən bir sənəd çıxararaq onu imzaladı. Məlum oldu ki, imzalanan sənəd İranla bağlı məşhur 14 bəndlik anlaşma memorandumudur. Həmin an Trampın yanında əyləşən Fransa Prezidenti Emmanuel Makronun bu barədə əvvəlcədən məlumatlandırılıb-məlumatlandırılmadığı bilinmir. Lakin hər halda o, təəccübünü gizlədə bilmirdi.

Maraqlıdır ki, əslində sənədin imzalanma mərasimi ertəsi gün Cenevrədə ABŞ vitse-prezidenti Vens və İran parlamentinin sədri Qalibaf arasında keçirilməli idi. Trampın Versalda sənədi qəfil imzalamasından sonra həmin mərasim təxirə salındı.

İran tərəfinin imzalama prosesi isə daha az dramatik oldu. Prezident Məsud Pezeşkian sənədi öz iş otağında imzaladı və bu barədə X platformasında paylaşım etdi.

Sənədə əsasən, Livan daxil olmaqla bütün istiqamətlər üzrə döyüş əməliyyatlarının 60 gün müddətinə dayandırılması, ABŞ qüvvələrinin İranın ətraf ərazilərindən çıxarılması, İranın dondurulmuş aktivlərinin qaytarılması, sanksiyaların ləğvi, Hörmüz boğazının İran tərəfindən açılması, ABŞ-ın blokada əməliyyatlarını dayandırması və İranın yenidən qurulması üçün 300 milyard dollarlıq paketin maliyyələşdirilməsi üzərində iş aparılması nəzərdə tutulur. Həmçinin 60 gün ərzində nüvə aspekti də daxil olmaqla yekun razılaşmanın əldə edilməsi planlaşdırılır.

Sənədin imzalanmasının protokol baxımından qəribəliyini kənara qoysaq, sənədin məzmunu ilə bağlı xeyli sual qalır.

Əsas sual bu sənədin İsrail üçün hər hansı öhdəlik yaradıb-yaratmamasıdır. İsrail hökuməti bəyan etdi ki, memorandum onlar üçün heç bir məsuliyyət yaratmır və bunu praktikada da nümayiş etdirdi. İmzalanmadan az sonra İsrail Livana zərbələr endirdi. Düzdür, vitse-prezident Vens İsraili tənqid etdi. Lakin təcrübə göstərir ki, ABŞ ictimai bəyanatlarında bəzən İsraili tənqid etsə də, praktikada bu tənqidlər real addımla müşayiət olunmur.

Digər sual ABŞ qoşunlarının İranın ətraf ərazilərindən çıxarılması ilə bağlıdır. Burada söhbətin daimi hərbi bazalardan, yoxsa müharibə ilə əlaqədar regiona göndərilmiş əlavə qüvvələrdən getdiyi aydın deyil. Hər bir halda, ABŞ-ın regiondakı hərbi bazalarını bağlaması real görünmür.

Növbəti sual İran üçün nəzərdə tutulan 300 milyard dollarlıq yenidənqurma paketi ilə bağlıdır. Bu paketin kredit, birbaşa maliyyə yardımı, yoxsa başqa mexanizmlər hesabına maliyyələşdiriləcəyi hələlik aydın deyil.

Bu əsasda yekun razılaşmanın əldə edilməsi İranın regional nüfuzunun artması, ABŞ və İsrailin regiondakı rolunun isə əhəmiyyətli dərəcədə azalması demək ola bilər. Hazırda müşahidəçilərin əsas sualı 60 günlük bu ilkin razılaşma qalıcı sülh üçün zəmin yaradacağı yoxsa tərəflərin hərbi əməliyyatların növbəti mərhələsinə hazırlaşmaq üçün sadəcə müvəqqəti fasilə imkanı istifadə edəcəyidir. Yəqin ki, ABŞ-da keçirilən beynəlxalq futbol çempionatının başa çatmasından sonra bu barədə daha aydın təsəvvürə malik olacağıq.

The Daily Baku redaksiyası

© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.

https://dailybaku.az/az/article/iran-ve-abs-arasinda-qeribe-sulh
Paylaş:

Xəbər lenti

  •     Tramp Ukraynaya silah tədarükünün maliyyələşdirilməsində Avropanın rolunu ön plana çəkib
    Tramp Ukraynaya silah tədarükünün maliyyələşdirilməsində Avropanın rolunu ön plana çəkib
  •     Rubio Yaxın Şərqdə bir sıra yüksək səviyyəli görüşlər keçirməyi nəzərdə tutur
    Rubio Yaxın Şərqdə bir sıra yüksək səviyyəli görüşlər keçirməyi nəzərdə tutur
  •     Norveç Qrenlandiya ilə siyasi və iqtisadi əməkdaşlığı inkişaf etdirməyi hədəfləyir
    Norveç Qrenlandiya ilə siyasi və iqtisadi əməkdaşlığı inkişaf etdirməyi hədəfləyir
  •     İsrail ordusu hücumların təhlükəsizlik təhdidlərinin qarşısını almağa yönəldiyini bildirib
    İsrail ordusu hücumların təhlükəsizlik təhdidlərinin qarşısını almağa yönəldiyini bildirib
  •     Takaiti dəniz nəqliyyatının təhlükəsizliyi ilə bağlı məlumat verib
    Takaiti dəniz nəqliyyatının təhlükəsizliyi ilə bağlı məlumat verib