Türkiyə milli komandasının gənc ulduzu Arda Güler Paraqvay yığmasına acı məğlubiyyətdən sonra azarkeşlərə müraciət edərək onlardan üzr istəyib.
"The Daily Baku"nun məlumatına görə, istedadlı yarımmüdafiəçi matç bitdikdən sonra verdiyi müsahibədə komandanın nümayiş etdirdiyi oyundan məyus olduğunu bildirib.
"Utanırıq. Bütün xalqımızdan üzr istəyirik. Çox böyük klublarda çıxış edirik və bu səviyyəni yaşıl meydanda da sübut etməliyik. Ardıcıl iki matçda rəqib qapısına yol tapa bilmədik", - deyə Arda Güler vurğulayıb.
"Real Madrid"in futbolçusu milli komandadakı karyerası ərzində bu uğursuz turniri unutdurmaq üçün əlindən gələni edəcəyini də deyib:
"Milli komandadakı karyeramın sonuna qədər bu turniri yaddaşlardan silmək üçün əlimdən gələn hər bir şeyi edəcəyəm. Bir daha xalqımızdan üzr istəyirik".
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
