London Ukraynaya yeni uzaqmənzilli silah həlli təqdim etməyi nəzərdən keçirir

Böyük Britaniya Ukrayna üçün özünün istehsal edəcəyi və ABŞ komponentlərindən asılı olmayan, həmçinin daha ucuz başa gələn uzaqmənzilli raketlər hazırlayır.
"The Daily Baku" xəbər verir ki, bu barədə "RBK-Ukrayna" "Bloomberg"ə istinadən məlumat yayıb.
Krallığın Müdafiə Nazirliyinin nümayəndələrinin sözlərinə görə, MBDA, "MGI Engineering" və "Rotron Aerospace" şirkətlərinə məxsus üç sistem yaxın aylarda Britaniya və Ukraynada sınaqdan keçiriləcək.
Gözlənilir ki, cəbhədə istifadə ediləcək bu silahlar Ukrayna ordusuna bir il ərzində təhvil veriləcək.
Yeni raketlərin dəyəri, çox güman ki, MBDA-nın "Storm Shadow" qanadlı raketlərindən təxminən iki dəfə aşağı olacaq.
Bundan əlavə, qeyd olunub ki, yeni raketlərin tərkibində heç bir ABŞ komponenti olmayacaq və onlar ABŞ məlumatlarından istifadə etməyəcəklər. Bu, ABŞ-nin müdafiə sənayesindən həddindən artıq asılılıqdan narahatlığını bildiriən Britaniya hökumətinin əsas tələbi idi.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.