The Daily Baku
İran və ABŞ arasında yeni danışıqlar raundu iyulun 18-nə planlaşdırılıb
2 iyul 2026
16:11

İran və ABŞ nümayəndə heyətlərinin dolayı danışıqlarının növbəti raundu iyulun 18-də başlayacaq.
''The Daily Baku'' xəbər verir ki, bu barədə "Al Hadath" telekanalına mənbəyə istinadən məlumat verilib.
Bildirilib ki, İran-ABŞ danışıqlarının növbəti mərhələsi dolayı formatda keçiriləcək. Bununla yanaşı, Tehran və Vaşinqton nümayəndələrinin görüşünün keçiriləcəyi yer hələlik açıqlanmır.
Qeyd edək ki, iyulun 2-də Qətər və Pakistandan olan vasitəçilər Dohada İran və ABŞ nümayəndələri ilə ayrı-ayrı görüşlər keçirib, nəticədə müsbət irəliləyiş əldə edilib.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/iran-ve-abs-arasinda-yeni-danisiqlar-raundu-iyulun-18-ne-planlasdirilib