Ermənistan parlamentinin spikeri mandatı ilə bağlı qərarını açıqlayıb

Ermənistan parlamentinin sədri Alen Simonyan deputat mandatından imtina edəcəyini, yeni qanunverici orqanın tərkibinə daxil olmayacağını bəyan edib.
''The Daily Baku'' Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə o brifinqdə bildirib.
"Mən spiker olaraq işimi davam etdirmək istəyirdim... Düşünürəm ki, beşillik işim davam etməli idi, açıqlamalarımda dəfələrlə bildirmişəm ki, administrasiya nə qərar verərsə, ona da əməl edəcəyəm. Baş nazirlə heç nəyi müzakirə etməmişəm, razılaşma yoxdur. İstər siyasətdə, istərsə də "Vətəndaş müqaviləsi" partiyası çərçivəsində, Nikol Paşinyan olmadan özümü siyasi proseslərdə görmürəm", - o bildirib.
Bununla yanaşı, Simonyan qeyd edib ki, inciməyib və hesab edir ki, iş prosesləri ilə bağlı dəyişikliklər ola bilir. Spiker bir qədər dincəlmək istədiyini də bildirib.
"Mənim üçün çətin bir iş dövrü idi. Unutmayın ki, bu, seçki sonrakı dövrün parlamenti idi və həmkarlarımızla birgə keçdiyimiz çətinliklər var idi", - o vurğulayıb.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.