İordaniya Baş nazirinin müavini, xarici işlər və xaricdə yaşayan iordaniyalılar naziri Əymən Əs-Səfadi bu həftə Azərbaycana səfərə gəlir.
''The Daily Baku'' xəbər verir ki, o, səfər çərçivəsində iyulun 8-də azərbaycanlı həmkarı Ceyhun Bayramov və digər rəsmi şəxslərlə görüşəcək.
Xatırladaq ki, Ceyhun Bayramov və Əymən Əs-Səfadi arasında görüş bu ilin aprelində Antalya Diplomatiya Forumu çərçivəsində baş tutub.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/azerbaycanin-paytaxti-iordaniya-xin-rehberini-qebul-edecek
