The Daily Baku
Rusiyanın Stokholmdakı səfirliyinə pilotsuz uçuş aparatı ilə hücum olub
2 iyul 2026
14:16

Rusiyanın İsveçdəki səfirliyi pilotsuz uçuş aparatlarından (PUA) istifadə edilməklə növbəti dəfə hücuma məruz qalıb, onlardan birinin üzərində partlayıcı qurğunun maketi olub.
''The Daily Baku'' xəbər verir ki, bu barədə Rusiya mediası diplomatik missiyaya istinadən məlumat yayıb.
Bildirilib ki, PUA-lardan biri diplomatik nümayəndəliyin ərazisinə qırmızı boya ilə dolu konteyner atıb, ikincisi isə binanın yaxınlığına düşüb.
"Bu onu göstərir ki, biz sadəcə təxribatla deyil, Rusiya missiyası əməkdaşlarının açıq-aşkar qorxudulması cəhdi ilə üz-üzəyik", - məlumatda qeyd edilib.
Hadisə iyulun 2-nə keçən gecə baş verib.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/rusiyanin-stokholmdaki-sefirliyine-pilotsuz-ucus-aparati-ile-hucum-olub