The Daily Baku
Bakı türk dünyasının maliyyə əməkdaşlığına dair vacib tədbirə ev sahibliyi edəcək
25 iyun 2026
13:46

Bu il sentyabrın 16-da Bakıda Türk Dövlətlərinin Mühasiblər və Müstəqil Auditorlar Birliyinin Əsasnaməsi imzalanacaq.
"The Daily Baku" xəbər verir ki, bu barədə Bakıda keçirilən "Dövlətin və təsərrüfat subyektlərinin mənafelərinin müdafiəsində auditin rolu" mövzusunda beynəlxalq konfransda məlumat verilib.
Bildirilib ki, Türk Dövlətlərinin Mühasiblər və Müstəqil Auditorlar Birliyinin Əsasnaməsinin ilkin layihəsi müzakirə olunub.
İmzalanma mərasimi Auditorlar Palatasının fəaliyyətə başlamasının 30 illik yubileyinə həsr olunmuş beynəlxalq konfrans çərçivəsində keçiriləcək. Tədbirdə Türk dövlətlərinin audit və mühasibatlıq qurumlarının rəhbərlərinin iştirakı nəzərdə tutulur.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/baki-turk-dunyasinin-maliyye-emekdasligina-dair-vacib-tedbire-ev-sahibliyi-edecek