ABŞ Venesueladakı ehtiyacların qarşılanması üçün humanitar yardım ayırıb

ABŞ güclü zəlzələlərin fəsadlarını aradan qaldırmaq üçün Venesuelaya axtarış-xilasetmə qrupları, tibbi resurslar və humanitar yardım göndərir.
"The Daily Baku" xəbər verir ki, bu barədə ABŞ-nin dövlət katibi Marko Rubio "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.
"ABŞ dağıdıcı zəlzələlərlə əlaqədar Venesuela xalqına dərin hüznlə başsağlığı verir. yaxınlarını itirənlər, yaralananlar, eləcə də təbii fəlakətin fəsadlarını aradan qaldırmaq üçün yorulmadan çalışan cəsur xilasedicilərin yanındayıq. ABŞ bu çətin vaxtda Venesuela xalqını dəstəkləyir. ABŞ Prezidenti Donald Trampın tapşırığı ilə Dövlət Departamenti dərhal Venesuelaya axtarış-xilasetmə qrupları, tibbi resurslar və humanitar yardım göndərir", - M.Rubio yazıb
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.