The Daily Baku
Almaniya xəstəxanasında yanğın baş verib, ölən və yaralananlar var
2 iyul 2026
13:46

Almaniyanın şimalındakı Lüdviqslüst şəhərində xəstəxanada baş verən yanğın nəticəsində iki nəfər ölüb.
''The Daily Baku'' xəbər verir ki, bu barədə "Bild" nəşri məlumat yayıb.
Bildirilib ki, ölənlər klinikanın pasiyentləri olublar.
"Bild"in daha əvvəl verdiyi məlumata görə, yanğın nəticəsində azı 34 nəfər xəsarət alıb.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/almaniya-xestexanasinda-yangin-bas-verib-olen-ve-yaralananlar-var