The Daily Baku
Zelenski: Ukraynada prezident seçkiləri referendumla eyni vaxtda keçirilə bilər
24 dekabr 2025
14:24

Ukraynada seçkilər sülh planının bəndlərindən biridir və onlar “mümkün qədər tez” keçirilməlidir.
"The Daily Baku" "RBC-Ukraine"ə istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.
O, həmçinin istisna etməyib ki, hərbi vəziyyət saziş imzalandıqdan sonra bir neçə ay davam edə bilər. Bu halda prezident seçkiləri təhlükəsizlik şəraitində, parlament və yerli seçkilər isə hərbi vəziyyət ləğv edildikdən sonra keçiriləcək.
Bundan başqa, Zelenski seçkilərin referendumla eyni vaxtda keçirilməsi ehtimalını da istisna etmir.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/zelenski-ukraynada-prezident-seckileri-referendumla-eyni-vaxtda-kecirile-biler