The Daily Baku
Zelenski Ukraynada hərbi vəziyyətin daha 3 ay uzadılmasını istəyir
27 aprel 2026
16:09

Ukrayna Prezidenti Volodimir Zelenski ölkədə hərbi vəziyyətin və ümumi səfərbərliyin müddətinin uzadılması barədə qanun layihəsini Ali Radaya təqdim edib.
"The Daily Baku" xəbər verir ki, bu barədə "İnterfaks-Ukrayna" parlamentin mətbuat xidmətinə istinadən məlumat yayıb.
Qanun layihəsinə əsasən, hərbi vəziyyətin mayın 4-dən etibarən daha 90 gün müddətinə uzadılması təklif olunur.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/zelenski-ukraynada-herbi-veziyyetin-daha-3-ay-uzadilmasini-isteyir