Ukrayna Prezidenti Volodimir Zelenski Avropadan Ukraynada muzdlu (müqavilə üzrə) hərbi xidmət üçün xərcləri qarşılamasını tələb edib.
"The Daily Baku"nunxəbərinə görə, bu barədə o, BBC nəşrinə müsahibəsində danışıb.
Zelenskinin sözlərinə görə, Avropa ölkələri səfərbərlik modelindən müqavilə sisteminə keçidi maliyyələşdirə bilərdilər. O xatırladıb ki, Rusiyada hərbçilərə müqavilə imzalandığı zaman ödəniş edilir.
O qeyd edib ki, Ukrayna da eyni şəkildə hərəkət etmək istərdi, lakin maddi vəsait çatışmır.
"Bax bu məqamda avropalılar kömək edə bilərlər. Avropalılar hələ ki bu proqramı maliyyələşdirmirlər", - deyə Volodimir Zelenski vurğulayıb.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/zelenski-ukrayna-ucun-avropanin-maliyye-desteyi-helledicidir
