The Daily Baku
Zelenski üçtərəfli görüşün yaxın günlərdə keçiriləcəyini istisna etmədi
24 fevral 2026
16:30

Ukrayna, ABŞ və Rusiya arasında üçtərəfli görüş 7-10 gün ərzində baş tuta bilər.
"The Daily Baku" xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski bu gün Kiyevdə “İstəklilər Koalisiyası”nın iclasında deyib.
Zelenski müttəfiqlərini Rusiya hücumlarından zərər çəkən enerji sisteminin bərpasını dəstəkləməyə çağırıb.
“Bizim üçün çox çətin bir qış oldu. Yalnız dostların yardımı və xalqımızın möhkəmliyi bizə sağ qalmağa imkan verdi”, - o bildirib.
Zelenski Rusiya əleyhinə sanksiyaların gücləndirilməsinin vacibliyini vurğulayıb.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/zelenski-ucterefli-gorusun-yaxin-gunlerde-kecirileceyini-istisna-etmedi