Zelenski: Moskva son hücumunda 400-dən çox PUA və 40 raket tətbiq olunub

Rusiyanın son hücumu zamanı 400-dən çox pilotsuz uçuş aparatı və müxtəlif tipli təxminən 40 raket tətbiq olunub.
"The Daily Baku" Unian-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın son hücumu ilə bağlı açıqlamada deyib.
Onun sözlərinə görə, əsas hədəf Ukraynanın enerji şəbəkəsi, elektrik istehsalı və paylayıcı yarımstansiyalar olub.
Prezident qeyd edib ki, hücum nəticəsində Volın, İvano-Frankovsk, Lvov və Rivne vilayətlərində enerji infrastrukturu zədələnib. Bundan əlavə, Rivnedə çoxmərtəbəli yaşayış binasına ziyan dəyib, Vinnitsa vilayətinin Ladıjin şəhərində isə dronlar aqrar kollecin inzibati binasını vurub.
Zelenski əlavə edib ki, Kiyev və Xarkov vilayətləri də zərbələrə məruz qalıb, bəzi bölgələrdə hava hücumundan müdafiə qüvvələri fəaliyyətini davam etdirir.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.