The Daily Baku
Zelenski Ermənistan və Azərbaycan arasında dayanıqlı sülhə ümid edir
4 may 2026
13:49

Ukrayna Prezidenti Volodimir Zelenski Ermənistan və Azərbaycan arasındakı sülhün dayanıqlı olacağına ümid edir.
Bu barədə V.Zelenski "Avropa Siyasi Birliyi"nin İrəvanda keçirilən sammitində çıxış edərkən bildirib.
"Əlbəttə, mən bundan başlamalıyam. Bu, çox vacibdir. Biz Ermənistana və Azərbaycana dayanıqlı, hərtərəfli, uzunmüddətli sülh arzulayırıq. Biz bunu sizə arzulayırıq, cənab Baş nazir, bunu Azərbaycan Prezidenti İlham Əliyevə və hər iki xalqa arzulayırıq", - o qeyd edib.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/zelenski-ermenistan-ve-azerbaycan-arasinda-dayaniqli-sulhe-umid-edir