Ukrayna Avropa İttifaqının 90 milyard avro məbləğində dəstək paketi çərçivəsində maliyyə yardımının ilk tranşını may-iyun aylarında almağa ümid edir.
"The Daily Baku" xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski "X" sosial şəbəkəsində yazıb.
"Aİ-nin Ukraynaya dəstək üçün 2 illik 90 milyard avro kredit blokdan çıxarılıb. Vəsait silah istehsalına, hələlik Ukraynada istehsal etmədiyimiz zəruri silahların tərəfdaşlardan alınmasına, enerji sektorumuzun və kritik infrastrukturun növbəti qışa hazırlanmasına yönəldiləcək", - o yazıb.
Zelenski əlavə edib ki, Aİ-nin Kiprdə keçirilən qeyri-rəsmi sammitində Rusiyaya qarşı sanksiya təzyiqinin gücləndirilməsi ilə bağlı növbəti addımlar da müzakirə olunur. "20-ci paket blokdan çıxarılıb və onun ardınca digər sanksiyalar da tətbiq olunmalıdır", - o vurğulayıb.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
