The Daily Baku
Zelenski: ABŞ-nin təhlükəsizlik zəmanəti ilə bağlı razılaşma imzalanmağa hazırdır
23 yanvar 2026
12:56

Ukraynanın rifahının təmin edilməsi üzrə paket bir neçə sənəddən ibarətdir, onlar hələ hazır olmasa da, bu paketin müsbət nəticə verəcəyinə inanırıq.
"The Daily Baku" Ukrayna KİV-inə istinadən xəbər verir ki, bunu ölkə Prezidenti Volodimir Zelenski bildirib.
"Prosperity package"ə gəlincə, biz ABŞ Prezidenti Donald Trampla bu sənədləri də müzakirə etdik, onlar hələ hazır deyil, lakin müsbət nəticə gözləyirik", - o deyib.
V.Zelenskinin sözlərinə görə, ABŞ-nin təhlükəsizlik zəmanəti ilə bağlı razılaşma imzalanmağa hazırdır, tarix və məkan isə Trampdan asılıdır.
"Bizim üçün bu qədər vacib olan bu tarixi sənədləri imzalamağa hazırıq", - o vurğulayıb.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/zelenski-abs-nin-tehlukesizlik-zemaneti-ile-bagli-razilasma-imzalanmaga-hazirdir