Almaniyanın xarici işlər naziri Yohann Vadeful İranı ABŞ-nin İslamabadda danışıqlar təklifini qəbul etməyə çağırıb.
"The Daily Baku" xəbər verir ki, bu barədə "Al-Jazeera" telekanalı məlumat yayıb.
Vadeful Tehranı ABŞ-nin təklifini qəbul etməyə və Tehranı öz əhalisinin rifahı naminə bu fürsəti əldən verməməyə çağırıb.
"Bildiyimiz kimi, ABŞ-nin vitse-prezidenti İslamabada getməyə hazırdır. İran indi öz xalqı naminə danışıqların aparılması təklifini qəbul etməlidir", - Vadeful Lüksemburqda Aİ ölkələrinin xarici işlər nazirlərinin görüşündən əvvəl deyib.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/yohann-vadeful-iran-abs-danisiqlarinin-vacibliyini-vurgulayib
