SON XƏBƏRLƏR
Roma Papası İlham Əliyevi təbrik edib|Denis Şmıqal: Kiyev Bakı ilə enerji sahəsində yeni layihələrə ümid edir|İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib| Kobaxidze Bakı-Tbilisi-Ankara formatını strateji tərəfdaşlıq nümunəsi adlandırıb|İlham Əliyev: İtaliya Azərbaycanın yaxın dostu və etibarlı strateji tərəfdaşıdır|Tramp ABŞ-nin Azərbaycandakı səfiri vəzifəsinə namizəd irəli sürüb|Kaleb Orr: ABŞ təbii sərvətlərin hasili və ixracında Azərbaycanla əməkdaşlığı davam etdirmək istəyir|Azərbaycana deyilən Almaniyaya deyilsəydi... - Mertsin “meymun işi”|İlham Əliyev "Bakı Enerji Həftəsi"nin iştirakçılarına müraciət ünvanlayıb|İlham Əliyev Bakı 31-ci "Baku Energy Forum"un rəsmi açılışında çıxış edib|Roma Papası İlham Əliyevi təbrik edib|Denis Şmıqal: Kiyev Bakı ilə enerji sahəsində yeni layihələrə ümid edir|İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib| Kobaxidze Bakı-Tbilisi-Ankara formatını strateji tərəfdaşlıq nümunəsi adlandırıb|İlham Əliyev: İtaliya Azərbaycanın yaxın dostu və etibarlı strateji tərəfdaşıdır|Tramp ABŞ-nin Azərbaycandakı səfiri vəzifəsinə namizəd irəli sürüb|Kaleb Orr: ABŞ təbii sərvətlərin hasili və ixracında Azərbaycanla əməkdaşlığı davam etdirmək istəyir|Azərbaycana deyilən Almaniyaya deyilsəydi... - Mertsin “meymun işi”|İlham Əliyev "Bakı Enerji Həftəsi"nin iştirakçılarına müraciət ünvanlayıb|İlham Əliyev Bakı 31-ci "Baku Energy Forum"un rəsmi açılışında çıxış edib|Roma Papası İlham Əliyevi təbrik edib|Denis Şmıqal: Kiyev Bakı ilə enerji sahəsində yeni layihələrə ümid edir|İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib| Kobaxidze Bakı-Tbilisi-Ankara formatını strateji tərəfdaşlıq nümunəsi adlandırıb|İlham Əliyev: İtaliya Azərbaycanın yaxın dostu və etibarlı strateji tərəfdaşıdır|Tramp ABŞ-nin Azərbaycandakı səfiri vəzifəsinə namizəd irəli sürüb|Kaleb Orr: ABŞ təbii sərvətlərin hasili və ixracında Azərbaycanla əməkdaşlığı davam etdirmək istəyir|Azərbaycana deyilən Almaniyaya deyilsəydi... - Mertsin “meymun işi”|İlham Əliyev "Bakı Enerji Həftəsi"nin iştirakçılarına müraciət ünvanlayıb|İlham Əliyev Bakı 31-ci "Baku Energy Forum"un rəsmi açılışında çıxış edib|Roma Papası İlham Əliyevi təbrik edib|Denis Şmıqal: Kiyev Bakı ilə enerji sahəsində yeni layihələrə ümid edir|İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib| Kobaxidze Bakı-Tbilisi-Ankara formatını strateji tərəfdaşlıq nümunəsi adlandırıb|İlham Əliyev: İtaliya Azərbaycanın yaxın dostu və etibarlı strateji tərəfdaşıdır|Tramp ABŞ-nin Azərbaycandakı səfiri vəzifəsinə namizəd irəli sürüb|Kaleb Orr: ABŞ təbii sərvətlərin hasili və ixracında Azərbaycanla əməkdaşlığı davam etdirmək istəyir|Azərbaycana deyilən Almaniyaya deyilsəydi... - Mertsin “meymun işi”|İlham Əliyev "Bakı Enerji Həftəsi"nin iştirakçılarına müraciət ünvanlayıb|İlham Əliyev Bakı 31-ci "Baku Energy Forum"un rəsmi açılışında çıxış edib|
Cümə axşamı, 4 İyun 2026
The Daily Baku
The Daily Baku
Cümə axşamı, 4 İyun 2026
GündəmSiyasətDünyaBiznesTexnoAvtoCəmiyyətTəhsilSəyahətİdmanMultimedia
The Daily Baku
  1. Ana səhifə
  2. Gündəm
  3. XVII Beynəlxalq Multikulturalizm Məktəbinin iştirakçıları akademik Kamal Abdullayevlə görüşüblər - FOTO
Gündəm

XVII Beynəlxalq Multikulturalizm Məktəbinin iştirakçıları akademik Kamal Abdullayevlə görüşüblər - FOTO

26 fevral 2026
15:06
XVII Beynəlxalq Multikulturalizm Məktəbinin iştirakçıları akademik Kamal Abdullayevlə görüşüblər - FOTO

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) təşkil etdiyi “Azərbaycanın mədəniyyətlərarası kontekstində: Şəhər yaddaşı və memarlıq” adlı XVII Beynəlxalq Multikulturalizm Məktəbinin iştirakçıları Azərbaycan Dillər Universitetinin rektoru akademik Kamal Abdullayevlə görüşüblər.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin mətbuat xidmətindən "The Daily Baku"ya verilən məlumata görə,  akademik Kamal Abdullayev qonaqlara Azərbaycanın multikulturalizm ənənələrinin tarixi köklərindən, ölkəmizdə müxtəlif xalqların və dinlərin nümayəndələrinin əsrlər boyu sülh və qarşılıqlı hörmət şəraitində yaşamasından bəhs edib. O bildirib ki, multikulturalizm Azərbaycanda yalnız siyasi kurs deyil, həm də xalqın həyat tərzidir. Bu siyasətin sistemli və ardıcıl şəkildə formalaşdırılması isə Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. O qeyd edib ki, Heydər Əliyev ölkəyə rəhbərliyi dövründə milli-mənəvi dəyərlərin qorunmasını, tolerantlıq və mədəni müxtəlifliyin inkişafını dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirib. Bu siyasi kurs bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə multikulturalizm Azərbaycan dövlətinin beynəlxalq imicinin mühüm tərkib hissəsinə çevrilib, ölkəmiz mədəniyyətlərarası dialoq platforması kimi dünyada tanınıb.

Görüşdə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla anılıb. Akademik Kamal Abdullayev qonaqlara məlumat verib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda dinc əhaliyə qarşı törədilən qətliam Azərbaycan tarixinin ən faciəli və ağrılı səhifələrindən biridir. Bu hadisə nəticəsində yüzlərlə günahsız insan – qadınlar, uşaqlar və qocalar amansızlıqla qətlə yetirilib. Akademik vurğulayıb ki, Xocalı faciəsi təkcə Azərbaycan xalqına qarşı deyil, bütövlükdə insanlığa qarşı törədilmiş ağır cinayətdir.

Akademik diqqətə çatdırıb ki, Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi hərbi təcavüz və işğal siyasəti nəticəsində minlərlə insan həyatını itirib, yüz minlərlə azərbaycanlı öz doğma torpaqlarından məcburi köçkün düşüb. Rektor vurğulayıb ki, bütün bu ağır sınaqlara baxmayaraq, Azərbaycan xalqı öz birliyini və həmrəyliyini qoruyub saxlayıb. Məhz bu milli birlik sayəsində Azərbaycan 2020-ci ildə Vətən müharibəsində tarixi Zəfər qazanaraq ərazi bütövlüyünü bərpa edib. O bildirib ki, qazanılan Zəfər yalnız hərbi-siyasi uğur deyil, həm də xalqın milli ruhunun, dövlətə inamının və ortaq dəyərlərə sədaqətinin təntənəsidir.

Görüş interaktiv müzakirələrlə davam edib, tələbələr onları maraqlandıran sualları səsləndiriblər. Akademik Kamal Abdulla multikulturalizm siyasətinin elmi, mədəni və ictimai aspektləri barədə ətraflı fikirlərini bölüşərək belə təşəbbüslərin gənclər arasında mədəniyyətlərarası dialoqun gücləndirilməsində mühüm rol oynadığını bildirib.

Qeyd edək ki, fevral ayının 25-dən mart ayının 3-dək davam edəcək XVII Beynəlxalq Multikulturalizm Məktəbində dünyanın 20 ölkəsindən 25-dən artıq tələbə iştirak edir. İştirakçılar Bakı şəhəri ilə yanaşı, Quba və Qusar rayonlarına səfər edərək Azərbaycandakı multikultural mühit, tolerant əhval-ruhiyyə, etnik-dini müxtəliflik, ölkəmizdə müxtəlif xalqların nümayəndələrinin, fərqli konfessiyaların dinc, yanaşı yaşaması haqqında ətraflı məlumat əldə edəcəklər.

Məktəb çərçivəsində “Öz xalqını təqdim et” musiqili axşamlar da təşkil olunacaq.  Burada iştirakçı tələbələr öz xalqlarının mədəniyyəti, adət-ənənələri ilə bağlı məlumat verəcəklər.

Xatırladaq ki, Yay və qış məktəbləri layihəsi BBMM-in “Azərbaycan multikulturalizmi fənninin xaricdə və ölkə universitetlərində tədrisi” layihəsinin məntiqi davamıdır. Tədris layihəsi çərçivəsində dünyanın və Azərbaycanın ali təhsil müəssisələrində Azərbaycan multikulturalizmini öyrənən tələbələr üçün yay və qış məktəbləri təşkil olunur. Burada məqsəd tələbə gənclərin nəzəri biliklərinin multikultural və tolerant dəyərlərin qorunub yaşandığı ölkəmizdə şahid olmalarına şərait yaratmaqdır. Artıq dəyərli ənənəyə çevrilən multikulturalizm yay və qış məktəblərinin nəticəsi olaraq xaricdə Azərbaycanın gənc dostlarının və onların yaxın çevrəsinin timsalında ölkəmizin haqq işini dəstəkləyən intellektual gənclərdən ibarət ünsiyyət platforması və güclü lobbisi formalaşıb. İntensiv şəkildə davam edən bu proses sübut edir ki, Prezident İlham Əliyevin Azərbaycanın dünyada tanıdılması istiqamətində müəyyənləşdirdiyi hədəflər uğurla reallaşmaqdadır.

© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.

https://dailybaku.az/az/article/xvii-beynelxalq-multikulturalizm-mektebinin-istirakcilari-akademik-kamal-abdullayevle-gorusubler-redfotored

Şəkil Qalereyası

XVII Beynəlxalq Multikulturalizm Məktəbinin iştirakçıları akademik Kamal Abdullayevlə görüşüblər - FOTO
Böyüt
XVII Beynəlxalq Multikulturalizm Məktəbinin iştirakçıları akademik Kamal Abdullayevlə görüşüblər - FOTO
Böyüt
XVII Beynəlxalq Multikulturalizm Məktəbinin iştirakçıları akademik Kamal Abdullayevlə görüşüblər - FOTO
Böyüt
XVII Beynəlxalq Multikulturalizm Məktəbinin iştirakçıları akademik Kamal Abdullayevlə görüşüblər - FOTO
Böyüt
XVII Beynəlxalq Multikulturalizm Məktəbinin iştirakçıları akademik Kamal Abdullayevlə görüşüblər - FOTO
Böyüt
Paylaş:

Xəbər lenti

  • Roma Papası İlham Əliyevi təbrik edib
    Roma Papası İlham Əliyevi təbrik edib
  • SOCAR Azərbaycanda karbonun saxlanması üçün potensial sahələr axtarır
    SOCAR Azərbaycanda karbonun saxlanması üçün potensial sahələr axtarır
  • Denis Şmıqal: Kiyev Bakı ilə enerji sahəsində yeni layihələrə ümid edir
    Denis Şmıqal: Kiyev Bakı ilə enerji sahəsində yeni layihələrə ümid edir
  • Niderland rəsmiləri Azərbaycanda əlaqəlilik və energetika sahəsində əməkdaşlığı müzakirə ediblər
    Niderland rəsmiləri Azərbaycanda əlaqəlilik və energetika sahəsində əməkdaşlığı müzakirə ediblər
  • Tramp ABŞ tərəfindən Hörmüz blokadasının payızadək uzadıla biləcəyini bildirib
    Tramp ABŞ tərəfindən Hörmüz blokadasının payızadək uzadıla biləcəyini bildirib