The Daily Baku
Xarkovda PUA hücumları nəticəsində uşaqlar da daxil olmaqla dörd nəfər ölüb
11 fevral 2026
10:50

Ukraynanın Xarkov vilayətinin Boqoduxov şəhərində Rusiya silahlı qüvvələrinin hücumları nəticəsində dörd nəfər həlak olub.
"The Daily Baku"nun məlumatına görə, bu barədə Ukrayna KİV-ləri Fövqəladə Hallar Xidmətinə istinadən xəbər verir.
"Rusiya hərbçiləri zərbə endirən pilotsuz uçuş aparatı ilə Boqoduxov şəhərinin fərdi ev sektoruna hücum edib. Zərbə tamamilə dağılmış yaşayış evinə dəyib. 60 kv. m sahədə yanğın baş verib. Nəticədə dörd nəfər - iki yaşınadək üç uşaq və bir kişi həlak olub", - məlumatda deyilir.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/xarkovda-pua-hucumlari-neticesinde-usaqlar-da-daxil-olmaqla-dord-nefer-olub