Xarkov meri şəhərin bərpası ilə bağlı müzakirələrdən danışıb

Hazırda Ukraynanın Xarkov şəhərində 215 min məcburi köçkün yaşayır.
"The Daily Baku" xəbər verir ki, bunu Xarkov şəhərinin meri İqor Terexov Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən "Xarkovda evlerin yenidən qurulması və Gələcək Şəher" adlı tədbirdə deyib.
Onun sözlərinə görə, müharibəyə baxmayaraq şəhərdə hazırda 1,3 milyon insan yaşayır: "Bu insanlar Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərindən gəliblər. Onlar Xarkovu öz evi seçiblər. Əsas çağırışlardan biri insanların yenidən öz şəhərlərinə qayıtmasını təmin etməkdir".
O bildir ki, şəhərin Baş Planı Lord Norman Foster Fondu ilə birlikdə hazırlanıb: "Layihə BMT-nin və Almaniya hökumətinin dəstəyi ilə həyata keçirilir. Layihənin növbəti mərhələsi şəhərin şimal hissəsinin bərpasını nəzərdə tutur. Bu layihədə Böyük Britaniya, Fransa və Türkiyədən aparıcı memarlar iştirak edib. Mənim üçün ən vacib məqam isə ukraynalı memarların da bu prosesdə yer almasıdır".
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.