The Daily Baku
WUF13-lə bağlı Azərbaycana gələn əcnəbilər 30 günlük qeydiyyatdan azad edilib
14 may 2026
13:33

Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) vizası ilə və ya vizasız qaydada BMT-nin Məskunlaşma Proqramının qeydiyyatından keçərək Azərbaycana gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycanda olduğu yer üzrə qeydiyyatdan keçmək tələbindən azaddırlar.
Bu barədə Dövlət Miqrasiya Xidməti məlumat yayıb.
Belə ki, bu qayda 30 gün müddətini əhatə edir.
Qeyd edək ki, WUF13 17-22 may tarixində Bakıda keçiriləcək.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/wuf13-le-bagli-azerbaycana-gelen-ecnebiler-30-gunluk-qeydiyyatdan-azad-edilib