The Daily Baku
WUF13 iştirakçıları üçün nəqliyyat xidmətləri pulsuz olacaq
19 fevral 2026
12:00

Bu il Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) qeydiyyatdan keçənlər üçün pulsuz nəqliyyat xidmətləri təşkil olunacaq.
"The Daiıy Baku"nun əldə etdiyi məlumata görə, bütün qeydiyyatdan keçmiş WUF13 iştirakçıları üçün tədbir müddəti ərzində Heydər Əliyev Beynəlxalq Aeroportu ilə təyin olunmuş şəhər nəqliyyat mərkəzləri arasında xüsusi avtobuslar işləyəcək.
Həmçinin tədbir məkanı üçün nəqliyyat vasitələri ödənişsiz olacaq.
Xatırladaq ki, WUF13 bu il mayın 17-22-də Bakıda keçiriləcək.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/wuf13-istirakcilari-ucun-neqliyyat-xidmetleri-pulsuz-olacaq