The Daily Baku
WUF13-də Azərbaycanın və BMT-nin bayraqlarının endirilməsi mərasimi keçirilib
22 may 2026
18:02

BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində mayın 22-də Bakı Olimpiya Stadionunda Azərbaycanın və BMT-nin bayraqlarının endirilməsi mərasimi keçirilib.
"The Daily Baku" AZƏRTAC-a istinadən xəbər verir ki, bayraqların endirilməsi mərasimi sessiyanın rəsmi bağlanışını simvolizə edir.
Qeyd edək ki, mayın 17–dən 22-dək “Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” mövzusunda keçirilən WUF13 176 ölkədən 57 mindən çox iştirakçını, o cümlədən dövlət və hökumət başçılarını, nazirləri, merləri, biznes nümayəndələrini, akademik dairələri və vətəndaş cəmiyyəti təmsilçilərini bir araya gətirib.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/wuf13-de-azerbaycanin-ve-bmt-nin-bayraqlarinin-endirilmesi-merasimi-kecirilib