The Daily Baku
WUF13 çərçivəsində Liderlərin Sammiti mayın 18-də keçiriləcək
23 fevral 2026
12:24

Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində Liderlərin Sammiti mayın 18-də keçiriləcək.
"The Dsily Baku"nun məlumatına görə, bu barədə WUF13 Azərbaycan Əməliyyat Şirkətinin substantiv məzmun üzrə meneceri Cəmilə İsmayılzadə bildirib.
O xatırladıb ki, WUF13 çərçivəsində Liderlər Sammitinin təşkili Azərbaycanın təşəbbüsüdür.
Qeyd edək ki, WUF13 mayın 17-22-də Bakıda keçiriləcək.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/wuf13-cercivesinde-liderlerin-sammiti-mayin-18-de-kecirilecek