The Daily Baku
WUF13 çərçivəsində Anqoladakı urbanizasiya vəziyyəti gündəmə gətirilib
17 may 2026
11:23

Anqola sürətli əhali artımı və ölkə daxilində genişmiqyaslı miqrasiya fonunda intensiv, əksər hallarda isə nəzarətsiz urbanizasiya prosesi yaşayır.
Bunu Anqolanın ictimai işlər, şəhərsalma və mənzil tikintisi naziri Karluş Albertu Qreqoriu duş Santuş Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunan nazirlərin dəyirmi masasında çıxışı zamanı deyib.
Nazirin sözlərinə görə, hazırda Anqolanın əhalisi 36 milyondan çoxdur və onların böyük hissəsi iri şəhər aqlomerasiyalarında, eləcə də şəhərətrafı ərazilərdə yaşayır.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/wuf13-cercivesinde-anqoladaki-urbanizasiya-veziyyeti-gundeme-getirilib