The Daily Baku
Vyetnam ABŞ ilə 30 milyard dollarlıq müqavilə çərçivəsində 90 "Boeing" təyyarəsi alacaq
21 fevral 2026
11:56

ABŞ Prezidenti Donald Tramp Vyetnamı Birləşmiş Ştatların qabaqcıl texnologiyalarına çıxışı məhdudlaşdırılan ölkələr siyahısından çıxarmaq üçün işləyəcəyini bəyan edib.
"The Daily Baku" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə D.Tramp Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi To Lam ilə görüşdə bəyan edib.
Qeyd olunub ki, görüş 30 milyard dollardan çox məbləğdə müqavilələrin elan edilməsindən sonra baş tutub, bu sazişlər çərçivəsində Vyetnam aviaşirkətləri "Boeing" şirkətindən 90 təyyarə alacaq.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/vyetnam-abs-ile-30-milyard-dollarliq-muqavile-cercivesinde-90-boeing-teyyaresi-alacaq