The Daily Baku
Voleybol üzrə Azərbaycan çempionatında daha bir oyun baş tutacaq
6 fevral 2026
10:33

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında XII turun daha bir oyunu keçiriləcək.
"The Daily Baku"nun məlumatına görə, "Murov Az Terminal" bu gün "DH Volley" komandasını qəbul edəcək.
Qarşılaşma saat 15:00-da "Murov Az Terminal"ın idman zalında start götürəcək.
Qeyd edək ki, turun əvvəlki matçlarında "Azərreyl" UNEC-ə (3:1), "Turan" "Gəncə"yə (3:1) "Milli Aviasiya Akademiyası" isə "Abşeron"a (3:1) qalib gəlib.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/voleybol-uzre-azerbaycan-cempionatinda-daha-bir-oyun-bas-tutacaq