SON XƏBƏRLƏR
Roma Papası İlham Əliyevi təbrik edib|Denis Şmıqal: Kiyev Bakı ilə enerji sahəsində yeni layihələrə ümid edir|İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib| Kobaxidze Bakı-Tbilisi-Ankara formatını strateji tərəfdaşlıq nümunəsi adlandırıb|İlham Əliyev: İtaliya Azərbaycanın yaxın dostu və etibarlı strateji tərəfdaşıdır|Tramp ABŞ-nin Azərbaycandakı səfiri vəzifəsinə namizəd irəli sürüb|Kaleb Orr: ABŞ təbii sərvətlərin hasili və ixracında Azərbaycanla əməkdaşlığı davam etdirmək istəyir|Azərbaycana deyilən Almaniyaya deyilsəydi... - Mertsin “meymun işi”|İlham Əliyev "Bakı Enerji Həftəsi"nin iştirakçılarına müraciət ünvanlayıb|İlham Əliyev Bakı 31-ci "Baku Energy Forum"un rəsmi açılışında çıxış edib|Roma Papası İlham Əliyevi təbrik edib|Denis Şmıqal: Kiyev Bakı ilə enerji sahəsində yeni layihələrə ümid edir|İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib| Kobaxidze Bakı-Tbilisi-Ankara formatını strateji tərəfdaşlıq nümunəsi adlandırıb|İlham Əliyev: İtaliya Azərbaycanın yaxın dostu və etibarlı strateji tərəfdaşıdır|Tramp ABŞ-nin Azərbaycandakı səfiri vəzifəsinə namizəd irəli sürüb|Kaleb Orr: ABŞ təbii sərvətlərin hasili və ixracında Azərbaycanla əməkdaşlığı davam etdirmək istəyir|Azərbaycana deyilən Almaniyaya deyilsəydi... - Mertsin “meymun işi”|İlham Əliyev "Bakı Enerji Həftəsi"nin iştirakçılarına müraciət ünvanlayıb|İlham Əliyev Bakı 31-ci "Baku Energy Forum"un rəsmi açılışında çıxış edib|Roma Papası İlham Əliyevi təbrik edib|Denis Şmıqal: Kiyev Bakı ilə enerji sahəsində yeni layihələrə ümid edir|İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib| Kobaxidze Bakı-Tbilisi-Ankara formatını strateji tərəfdaşlıq nümunəsi adlandırıb|İlham Əliyev: İtaliya Azərbaycanın yaxın dostu və etibarlı strateji tərəfdaşıdır|Tramp ABŞ-nin Azərbaycandakı səfiri vəzifəsinə namizəd irəli sürüb|Kaleb Orr: ABŞ təbii sərvətlərin hasili və ixracında Azərbaycanla əməkdaşlığı davam etdirmək istəyir|Azərbaycana deyilən Almaniyaya deyilsəydi... - Mertsin “meymun işi”|İlham Əliyev "Bakı Enerji Həftəsi"nin iştirakçılarına müraciət ünvanlayıb|İlham Əliyev Bakı 31-ci "Baku Energy Forum"un rəsmi açılışında çıxış edib|Roma Papası İlham Əliyevi təbrik edib|Denis Şmıqal: Kiyev Bakı ilə enerji sahəsində yeni layihələrə ümid edir|İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib| Kobaxidze Bakı-Tbilisi-Ankara formatını strateji tərəfdaşlıq nümunəsi adlandırıb|İlham Əliyev: İtaliya Azərbaycanın yaxın dostu və etibarlı strateji tərəfdaşıdır|Tramp ABŞ-nin Azərbaycandakı səfiri vəzifəsinə namizəd irəli sürüb|Kaleb Orr: ABŞ təbii sərvətlərin hasili və ixracında Azərbaycanla əməkdaşlığı davam etdirmək istəyir|Azərbaycana deyilən Almaniyaya deyilsəydi... - Mertsin “meymun işi”|İlham Əliyev "Bakı Enerji Həftəsi"nin iştirakçılarına müraciət ünvanlayıb|İlham Əliyev Bakı 31-ci "Baku Energy Forum"un rəsmi açılışında çıxış edib|
Cümə axşamı, 4 İyun 2026
The Daily Baku
The Daily Baku
Cümə axşamı, 4 İyun 2026
GündəmSiyasətDünyaBiznesTexnoAvtoCəmiyyətTəhsilSəyahətİdmanMultimedia
The Daily Baku
  1. Ana səhifə
  2. Gündəm
  3. Venesuela hadisələrinin Azərbaycanın neft gəlirlərinə təsiri: Rəqəmlər nə deyir?
Gündəm

Venesuela hadisələrinin Azərbaycanın neft gəlirlərinə təsiri: Rəqəmlər nə deyir?

12 yanvar 2026
00:02
Venesuela hadisələrinin Azərbaycanın neft gəlirlərinə təsiri: Rəqəmlər nə deyir?

Göründüyü kimi, Nikolas Maduronun hakimiyyətdən kənarlaşdırılmasından sonra dünyada ən böyük neft ehtiyatlarına malik ölkə olan Venesuelanın beynəlxalq neft bazarlarına tam şəkildə qayıtması üçün real perspektivlər yaranıb.

 

1997-ci ildə gündəlik 3 milyon barrel neft istehsal edən Venesuelada hasilat sonrakı illərdə davamlı şəkildə azalaraq hazırda təxminən gündə 1 milyon barrel səviyyəsindədir. Bu göstərici qlobal gündəlik neft hasilatının təxminən 1 faizinə bərabərdir.

 

Müqayisə üçün qeyd edək ki, Azərbaycan gündəlik təqribən 600 min barrel neft istehsal edir ki, bu da dünya üzrə hasilatın 0,7 faizini təşkil edir. Hazırda ilk üçlükdəki ən böyük neft istehsalçıları ABŞ (gündə 14 milyon barrel), Səudiyyə Ərəbistanı (11 milyon barrel) və Rusiya (10 milyon barrel) hesab olunur.

 

Sanksiyalar və uzunmüddətli xarici təzyiqlər nəticəsində Venesuelanın neft hasilatı 2020-ci ildə gündəlik 569 min barrelə qədər enmişdi. Sonrakı dövrdə isə hasilat tədricən artırılaraq yenidən gündəlik 1 milyon barrel səviyyəsinə çatdırılıb. Maraqlıdır ki, neft sektorunun nisbətən bərpa olunması prosesinə vitse-prezident, hazırda prezident səlahiyyətlərini icra edən Delsi Rodriges rəhbərlik etmiş və bu sahədə özünü bacarıqlı menecer kimi göstərmişdir.

 

ABŞ hökumətinin Nikolas Maduronu güc yolu ilə hakimiyyətdən uzaqlaşdırması Venesuela neft sektorunun faktiki olaraq ABŞ-ın nəzarət dairəsinə keçməsinə və Amerika neft şirkətlərinin ölkəyə qayıtması üçün şəraitin yaranmasına səbəb olub. Xatırladaq ki, 1998-ci ildə Huqo Çaves hakimiyyətə gəldikdən sonra neft müqavilələrində Venesuela milli neft şirkəti olan PDVSA-nın nəzarət paketinə sahib olması tələbi irəli sürülmüşdü. Bu şərti Exxon və ConocoPhillips qəbul etmədiyi üçün ölkəni tərk etmiş, Chevron isə razılaşaraq fəaliyyətini davam etdirmişdi. Chevron tərəfindən hasil edilən gündəlik təqribən 240 min barrel neft əsasən ABŞ-a ixrac olunurdu. ABŞ–Venesuela neft əməkdaşlığının əsas xüsusiyyəti ondan ibarətdir ki, ağır tərkibli Venesuela neftini emal edə bilən əsas zavodlar məhz ABŞ-da yerləşir.

 

Digər neft istehsalçısı ölkələri maraqlandıran əsas məsələ Venesueladan dünya bazarlarına çıxarıla biləcək əlavə neft həcmi və bunun mümkün zaman çərçivəsidir. Texniki və iqtisadi məlumatlar göstərir ki, Venesuela neftinin qısa müddətdə əvvəlki səviyyədə – yəni gündəlik 3 milyon barrel həcmində bazara qaytarılması iki əsas səbəbdən real deyil. Birincisi, uzun illər sanksiyalar altında qalan neft sektorunun infrastrukturu ciddi şəkildə köhnəlib. Onların yenilənməsi üçün vaxt, böyük həcmdə investisiya, eləcə də müasir texnologiyalar tələb olunur.

 

ABŞ prezidenti Donald Trampın 2026-cı il yanvarın 9-da Amerika neft şirkətlərinin rəhbərləri ilə keçirdiyi görüşdə onların xüsusi həvəs göstərmədiyi bildirilsə də, verilən məlumatlara əsasən beş Amerika şirkətinin – üç istehsalçı (Chevron, ExxonMobil, ConocoPhillips) və iki xidmət şirkətinin (Halliburton Company və SLB) Venesuela neft sektorunda əhəmiyyətli ölçüdə rol oynamaları gözlənilir.

 

Lakin Venesuela neftinin Amerika kapitalı hesabına böyük həcmdə dünya bazarına qaytarılmasına mane olan əsas amil ABŞ-ın öz milli neft sənayesinin struktur xüsusiyyətləridir. Belə ki, ABŞ-da neft hasilatının təxminən 64 faizi çətin çıxarılan şist (shale) neftinin payına düşür. Şist neftinin bir barrelinin hasilat xərci orta hesabla 60 dollar civarındadır. Şist neft istehsalçıları alternativ gəlir mənbələri tapanadək, neftin dünya qiymətlərinin aşağı düşməsi ABŞ istehsalçıları üçün ciddi maliyyə problemləri yarada bilər.

 

Bundan əlavə, ABŞ neft şirkətləri 2015-ci ildə Qayanada kəşf etdikləri yeni yataqlardan daha keyfiyyətli neft hasilatına başlamış, hazırda gündəlik təxminən 390 min barrel istehsal edirlər. 2027-ci ildə bu həcmin 1 milyon barreldən yuxarı qalxması gözlənilir.

 

Bütün bu amilləri, eləcə də Venesuelada Çaves ideologiyasını daşıyan siyasi qüvvələrin hakimiyyətdə qalmasını nəzərə alsaq, ABŞ-ın Venesuelaya müdaxiləsinin əsas məqsədinin ideoloji aspektlər və ya kommersiya maraqlarından daha çox Çinin bu ölkədə nüfuzunun qarşısını almaq və Venesuela nefti üzərində strateji nəzarəti ələ keçirmək olduğu qənaətinə gəlmək olar.

 

Beləliklə, Venesuela neftinin dünya bazarına böyük həcmdə çıxarılması isə 2030-cu ildən əvvəl real görünmür. Bu baxımdan Venesuela neftinin Azərbaycana yaxın perspektivdə təsiri minimaldır. Digər tərəfdən, qlobal neft bazarında Venesuela ilə yanaşı qiymətə təsir edə biləcək faktorların çox olması nəzərə alınmalıdır. 
 

 

The Daily Baku redaksiyası

© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.

https://dailybaku.az/az/article/venesuela-hadiselerinin-azerbaycanin-neft-gelirlerine-tesiri-reqemler-ne-deyir
Paylaş:

Xəbər lenti

  • Roma Papası İlham Əliyevi təbrik edib
    Roma Papası İlham Əliyevi təbrik edib
  • SOCAR Azərbaycanda karbonun saxlanması üçün potensial sahələr axtarır
    SOCAR Azərbaycanda karbonun saxlanması üçün potensial sahələr axtarır
  • Denis Şmıqal: Kiyev Bakı ilə enerji sahəsində yeni layihələrə ümid edir
    Denis Şmıqal: Kiyev Bakı ilə enerji sahəsində yeni layihələrə ümid edir
  • Niderland rəsmiləri Azərbaycanda əlaqəlilik və energetika sahəsində əməkdaşlığı müzakirə ediblər
    Niderland rəsmiləri Azərbaycanda əlaqəlilik və energetika sahəsində əməkdaşlığı müzakirə ediblər
  • Tramp ABŞ tərəfindən Hörmüz blokadasının payızadək uzadıla biləcəyini bildirib
    Tramp ABŞ tərəfindən Hörmüz blokadasının payızadək uzadıla biləcəyini bildirib