The Daily Baku
Vaşinqton Kiyevə 15 milyard dollar dəyərində silah göndərəcək
14 fevral 2026
15:45

Avropa NATO ölkələri tərəfindən maliyyələşdirilən proqram çərçivəsində ABŞ 2026-cı ildə Ukraynaya ümumi dəyəri təxminən 15 milyard dollar olan silah istehsalı və tədarükü edəcək.
"The Daily Baku" xəbər verir ki , bu barədə NATO-nun baş katibi Mark Rütte PBS-ə verdiyi müsahibədə danışıb.
"Amerika tərəfi Ukraynaya təchizatı dayandırmayıb. ABŞ tədarük etməyə hazırdır. Bunu fasiləsiz və maneəsiz edir", - deyə Rütte qeyd edib.
NATO-nun baş katibi bildirib ki, alyans hər ay Ukraynaya təxminən bir milyard avro yardım göndərir. Bu il isə təxminən 15 milyard dollar (12 milyard avro) dəyərində kritik silah və avadanlıqlar, o cümlədən raketlər və hava hücumundan müdafiə sistemləri göndəriləcək.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/vasinqton-kiyeve-15-milyard-dollar-deyerinde-silah-gonderecek