The Daily Baku
Vaşinqton Avropa tərəfdaşları ilə strateji təhlükəsizlik məsələlərini müzakirə edir
3 iyun 2026
10:26

Polşanın milli müdafiə naziri Vladislav Kosiniak-Kamış NATO-nun Nüvə Paylaşımı proqramının mümkün genişləndirilməsi ilə bağlı məsələləri müzakirə etdiyini təsdiqləyib.
"The Daily Baku"nun məlumatına görə, nazir qeyd edib ki, nüvə silahından çəkindirmə mövzusu alyans ölkələrinin müdafiə nazirlərinin 18 iyunda Brüsseldə, NATO-nun mənzil-qərargahında keçiriləcək görüşünün gündəliyinə daxil ediləcək.
Lakin Polşa Müdafiə Nazirliyinin rəhbəri müzakirələrin təfərrüatlarını açıqlamaqdan imtina edərək, məsələni həssas adlandırıb və rəsmi açıqlamaların yalnız NATO səviyyəsində verilə biləcəyini vurğulayıb.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/vasinqton-avropa-terefdaslari-ile-strateji-tehlukesizlik-meselelerini-muzakire-edir