The Daily Baku
Uşakov: Rusiya Moskvada Zelenskinin təhlükəsizliyinə təminat verməyə hazırdır
28 yanvar 2026
16:43

Əgər Ukrayna Prezidenti Volodimir Zelenski rusiyalı həmkarı Vladimir Putinlə görüşə hazırdırsa, Rusiya onu Moskvaya dəvət edir.
"The Daily Baku" Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov bildirib.
Onun sözlərinə görə, Rusiya Putinlə Zelenski arasında təmaslardan imtina etmir, lakin bu görüşlər hazırlanmalı və nəticəyə yönəlməlidir: "Rusiya Moskvada Zelenskinin təhlükəsizliyinə təminat verməyə hazırdır".
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/usakov-rusiya-moskvada-zelenskinin-tehlukesizliyine-teminat-vermeye-hazirdir