Uraldakı Azərbaycan diasporunun rəhbəri qətl və sui-qəsd cəhdinin təşkilində günahkar bilinib

Uraldakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski Yekaterinburqda qətl və sui-qəsd cəhdinin təşkilində günahkar bilinib.
Bu barədə Yekaterinburqun Kirovskiy Rayon Məhkəməsinin andlılar kollegiyası qərar çıxarıb.
Andlılar Məhkəməsinin kollegiyası Uraldakı Azərbaycan diasporunun lideri Şahin Şıxlinskini, Ayaz, Bakir, Kamal, Məzahir Səfərovları və Şücayəddin Rəcəbovu Yekaterinburqda qətl və sui-qəsd cəhdinin təşkilində günahkar bilib.
İstintaq onların 2001-ci ildə iş adamı Yunus Paşayevin qətlində və 2010-cu ildə iş adamı Fehruz Şirinova qarşı sui-qəsd cəhdində iştirak etdiklərini hesab edir.
Qeyd edək ki, andlılar məhkəməsinin iclası prokurorluğun tələbi ilə məhkəmə prosesi qapalı keçirilib. Tezliklə hökmün elan ediləcəyi bildirilib.
Andlılar məhkəməsinin kollegiyasının çıxardığı qərara (verdikt-red) əsasən, Şahin Şıxlinski 2010-cu ildə Fehruz Şirinova qarşı sui-qəsd cəhdində iştirak etməkdə ittiham olunub.
Səfərov qardaşları da bütün ittihamlar üzrə qətl və qəsdən adam öldürməyə cəhddə (iş adamı Yunis Paşayevin qətli və Fehruz Şirinova sui-qəsdə cəhd) təqsirli biliniblər.
İndi hakim andlılar məhkəməsinin qərarına əsasən hökm çıxarmalıdır.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.